Milli Məclisdə Prezidentin etirazının əsaslı olduğu barədə qərar qəbul olunub

Milli Məclisdə Prezidentin etirazının əsaslı olduğu barədə qərar qəbul olunub

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanuna Azərbaycan Respublikası Prezidentinin etirazı parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunub. SİA-nın məlumatına görə, Prezidentin etirazının əsaslı olduğu və dəyişikliklərin məqsədəuyğun olmaması barədə qərar qəbul olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-ci il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarıb.

Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alıb:

"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilsin.

Qeyd edək ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə