Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir. Əmanətlərin Sığortalanması Fondundan SİA-ya verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən "Bank of Azerbaijan"ın sənədləri qaydasında olan qorunan əmanətçilərinə 21 milyon 825 min manatdan artıq, "Gəncəbank"ın əmanətçilərinə 636 min manatdan çox kompensasiya ödənilib.
Qorunan əmanətçilər ərizə formalarını fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, "Bank of Azerbaijan"ın və "Gəncəbank"ın, eləcə də agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB