Şəmkirdə din xadimləri və gənclərlə görüş keçirilib FOTO

Şəmkirdə din xadimləri və gənclərlə görüş keçirilib FOTO

Şəmkir rayonunda din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər "Dini Radikalizmin qarşısının alınmasında maarifləndirmənin rolu" mövzusunda keçirilən tədbirdə bir araya gəliblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən 2016-ci ilin ölkəmizdə Multikurturalizm ili elan olunması ilə əlaqədar Heydər Əliyev mərkəzində baş tutan tədbirdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda qardaşlıq və mehribanlıq şəraitində yaşamasına diqqət çəkilib. Din pərdəsi altında tolerantlıq mühitinə kölgə salanların əməlləri qətiyyətlə pislənilib. Bu mövzuda gənclərin maarifləndirilməsinə xüsusi önəm verilməsi, belə görüşlərin kənd və qəsəbələrdə təşkilinin vacibliyi vurğulanıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə