Şəmkirdə nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılıb
Şəmkir rayonunda 4 min hektar yeni sahənin əkin dövriyyəsinə daxil edilməsi ölkədə keyfiyyətli və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına kömək məqsədi daşıyır.
Şəmkir bələdiyyəsinin nəznində yaradılan Çeyrançöl Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sözügedən sahələrdə taxıl və bostan bitkiləri əkilib. "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkşafı", "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair" dövlət proqramlarına uyğun olaraq, Şəmkir bələdiyyəsi tərəfindən təsis edilmiş "Ceyrançöl" MMC nəzdində 200 hektar ərazidə iri nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılıb. 10 ədəd traktor, 30 adda müxtəlif kənd təsərrüfatı texnika və avadanlıqları alınıb. Suvarmaya olan tələbatın ödənilməsi üçün tədbirlər görülüb.
SİA-nın bölgə müxbirinin məlumatına görə, əkin sahələrinin suvarılması üçün 730 mm-lik borularla 10 km və qismən kiçik diametrli borularla 15 km uzunluğunda təsərrüfatdaxili su xətləri çəkilib. Hazırda 65 min kub tutumu olan su anbarının tikintisi davam etdirilir. 877 hektar sahədə əkiləcək taxıl, qarğıdalı və digər dənli bitkilərin suvarılmasını təmin etmək məqsədilə ABŞ-dan 14 ədəd müasir suvarma sistemləri gətirilərək quraşdırılır. Gələcəkdə 4 min hektar ərazidə müasir nümunəvi taxılçılıq təsərrüfatının yaradılması planlaşdırılır. Əkiləcək müxtəlif növ bostan və tərəvəz bitkilərinin suvarılması üçün damcı üsullu suvarma sistemi quraşdırılır. Cəmiyyətin inzibati binası və tədarük məntəqəsinin inşası da davam etdirilir. Hazırda təsərrüfatda 65 nəfər daimi, 205 nəfər mövsümi işlə məşğul olur.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB