"ASAN Könüllüləri" təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Tələbə Oskarı: Tələbələr arası qısametrajlı film festivalı" layihəsinin bağlanış mərasimi keçirilib. Təşkilatdan SİA-ya verilən xəbərə görə,
Bağlanış mərasimində final mərhələsinə vəsiqə qazanmış 5 film nümayiş etdirilib.
Tədbirdə "ASAN Könüllüləri" təşkilatının sədri Fərid Sadıxlı, "ASAN School" təcrübə məktəbinin rəhbəri Cahangir Hacıyev və gənc rejissor Abbas Səlimbəyov münsif qismində iştirak ediblər.
Filmər münsiflər heyəti tərəfindən "çəkiliş", "sosial mesaj/süjet xətti" və "kreativ yanaşma" kriteriyaları üzrə qiymətləndirilib.
Münsiflərin qiymətəndirilməsindən sonra ən çox səs toplamış "Arzuların ardnca" adlı film qalib elan olunub. Filmin müəllifi Orxan Babayev "Tələbə Oskarı"na layiq görülüb.
ASAN Könüllüsü İbrahim Osmanovun ideya müəllifi olduğu bu layihə "Azərbaycan kinosu 2008-2018-ci illərdə" Dövlət Proqramı çərçivəsində kino sahəsində istedadlı və yaradıcı gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə həyata keçirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB