Nazirlik: "Yaxın saatlarda saytların fəaliyyəti bərpa olunacaq"

Nazirlik: "Yaxın saatlarda saytların fəaliyyəti bərpa olunacaq"

Azərbaycanda dövlət qurumlarının rəsmi veb-saytlarının işi müvəqqəti olaraq dayandırılıb. Bu barədə SİA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbər verilib.

Bildirilib ki, hazırda ölkədə internetlə bağlı heç bir problem yoxdur, sadəcə dövlət qurumlarının rəsmi saytlarına girişdə yaranan problemlər aparılan profilaktik işlərlə bağlıdır. Adətən dövri olaraq bu cür işlər aparılır. Yaxın saatlarda onların fəaliyyətinin bərpa olunacağı gözlənilir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) isə bildirilib ki, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir. Yaxın zamanda saytlar işini bərpa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə