Nazir: "Ünvanlı dövlət sosial yardımı ilə bağlı bütün proseslər elektronlaşdırılıb" AÇIQLAMA-Yenilənir

Nazir: "Ünvanlı dövlət sosial yardımı ilə bağlı bütün proseslər elektronlaşdırılıb" AÇIQLAMA-Yenilənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının elektronlaşdırılması ilə bağlı təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edir.

Nazir bildirib ki, ölkə başçısının müvafiq fərmanına uyğun olaraq, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı bütün proseslərin avtomatlaşdırılması nəzərdə tutulur: "Dövlət Sosial Təminat Xidmətinin yerlərdəki bu yöndə əsas fəaliyyətinə son qoyulur. Onlar yalnız şəxsin məişət şəraitinin yoxlanılıb VEMTAS-a ötürülməsi funksiyasını yerinə yetirəcək. Artıq 105102 ünvanlı dövlət sosial yardımı alan şəxlərdən 85 minə yaxınına 2 ilə təyin olunma prosesi yekunlaşıb. Nazirlik tərəfindən 6 səyyar qrup yaradılaraq bölgələrə ezam olunub. Onlar ayın sonuna qədər qalan digər insanlara müvafiq yardımın təyin olunması ilə bağlı işləri yekunlaşdıracaq. Elektron xidmətin təbliğatı ilə bağlı böyük reklam çarxı hazırlanır. Ailənin kredit öhdəliyinə və ailədə ödənişli təhsil alan şəxslə bağlı ünvanlı dövlət sosial yardımın təyin olunmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb".

Tofiq Abdulla

Bütün xəbərlər Facebook səhifəmizdə