Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Aktauda müsabiqə
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya Ədalət" kompaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında "Biz ədalət istəyirik" mövzusunda rəsm müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, rəsm müsabiqəsində Aktau şəhərinin və ətraf rayonların beş rəssamlıq məktəbindən 300 yaxın yeniyetmə iştirak edir.
Qazaxıstan Respublikası Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən müsabiqədə iştirak edəcək rəsmlər qiymətləndiriləcək, 8-11, 12-14 və 15-19 yaş qruplarında 1-ci, 2-ci və 3-cü yerlər müəyyənləşdiriləcək. Ən yaxşı rəsm isə müsabiqənin qran-pri mükafatına layiq görüləcək.
Qeyd edək ki, qaliblər Baş konsulluq tərəfindən fəxri fərmanlar, Azərbaycanla bağlı kitablar və hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB