"FRESCO" supermarketlər şəbəkəsinin daha bir mağazası müştərilərin istifadəsinə verilib.SİA xəbər verir ki, Nərimanov rayonu, R.Qafur küçəsi 20 ünvanında yerləşən supermarketdə müştərilərin rahat alış-verişləri üçün hər şərait yaradılıb. Belə ki, marketin girişində gülərüz personaldan tutmuş avtomobillərin rahat parklanmasına qədər hər bir şey yüksək standartlar çərçivəsində qurulub. Supermarketin daha bir özəlliyi isə ondan ibarətdir ki, siz istədiyiniz məhsulları evinizə, iş yerinizə pulsuz çatdırılma ilə sifariş edə bilirsiniz. "Azəri Retail" MMC-nin Baş Direktoru, İqtisadiyyat üzrə Fəlsəfə doktoru Kamran Eyyubov bildirib ki, "FRESCO" supermarketlər şəbəkəsi Avstriyanın "EMSA Capital" İnvestisiya Fondunun sərmayəsi ilə yaradılıb: "Bu gün "FRESCO" Azərbaycana xarici sərmayə cəlb olunması, dünyanın müxtəlif ölkələrindən olan şirkətlər və iş adamları ilə səmərəli əlaqələrin yaradılması sahəsində səylərini artırmaqdadır. Şirkətimiz Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması istiqamətində atdığı addımları təqdirəlayiq hesab edərək, bu siyasəti dəstəkləyir, sözügedən sahədə lazımi işlər görür. Yeni açılan supermarketdə 60- a yaxın işçi işlə təmin olunub ki, bununla şirkətimizin sıraları daha da genişlənib".
"FRESCO" brendi ölkəmizdə artıq öz sözünü deyib. Alıcılarınının qarşısına daim ölkəmizdə və xaricdə istehsal olunmuş təzə və keyfiyyətli ərzaq məhsulları ilə çıxan, bol çeşidli, sabit və aşağı qiymətli "FRESCO" supermarketlərində şöbələrin bölünməsi belə müştərilərin rahat şəkildə məhsulu asanlıqla əldə etməyə hesablanıb. "FRESCO" adlı brendin daha da təkmilləşdirilməsi istiqamətinda peşəkar komanda durmadan çalışır. Müştəri məmnuniyyətini özünün ümdə vəzifəsi bilən komandanın ən mühüm şüarı da məhz budur.
Dəyərli alıcılar biz gəzdik gördük, indi isə söz sizindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB