"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) İstehsalat Birliyi (İB) "SST Mühəndislik və Maşınqayırma" MMC-ni məhkəməyə verib. SİA xəbər verir ki, İB cavabdehdən 3 717 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3 747 manat məbləğində pulun "Aztelekom" İstehsalat Birliyi Kabel Magistrallarının Texniki Qovşağının xeyrinə tutulması barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.
Qərardan narazı qalan "SST Mühəndislik və Maşınqayırma" MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. (report)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB