14 işçi "Tərəqqi" medalı ilə təltif edildi

14 işçi "Tərəqqi" medalı ilə təltif edildi

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin bir qrup işçisi mükafatlandırılıb. SİA xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 fevral 2016-cı il tarixli Sərəncamları ilə "Azəryolservis" ASC-nin iki işçisi "Əməkdar mühəndis" fəxri adına layiq görülüb, 14 nəfəri isə "Tərəqqi" medalı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə