Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovla görüşüb. SİA-nın Qazaxıstan və Orta Asiya üzrə müxbirinin verdiyi məlumata görə, görüşdə yeni təyinatı ilə bağlı səfiri təbrik edən Komissiyanın sədri fəaliyyətində ona uğurlar arzulayıb.
Kuandık Turqankulov parlamentə növbədənkənar seçkilərə hazırlıqla bağlı məlumat verib. Bildirib ki, seçicilərin müəyyənləşdirilməsi, seçki prosesinin şəffaf və azad şəratidə keçirilməsi, informasiya təminatının keyfiyyətinin yxşılaşdırılması istiqamətində mühüm işlər aparılır.
Martın 21-də Qazaxıstan Xalqları Assambleyasının xətti ilə Qazaxıstanda yaşayan etnik azlıqların nümayəndələrinin içərisindən Məclisə əlavə 9 üzvün seçilməsi və bununla bütün xalqların Qazaxıstan Parlamentində təmsil edilməsinin təmin edilməsi vurğulanıb. Öz növbəsində səfir Rəşad Məmmədov əmin olduğunu vurğulayıb ki, Qazaxıstan demokratik ənənələrinə sadiq qalaraq növbəti seçk prosesini də uğurla həyata keçirəcək. Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətlərindən danışan diplomat Qazaxıstan və Azərbaycan xalqlarının tarixən dost və qardaş oluğunu vurğulayıb. Qazaxıstanda və ölkəmizdə bir çox millətlərin sülh və qarşılıqlı etimad şəraitində yaşamasını zəngin tolerantlıq və multkulturalizm ənənələrindən irəli gəldiyini qeyd edib. Səfir müxtəlif millətlərin sülh şəraitində yaşamasının və onların cəmiyyətə tam hüquqlu inteqrasiyasının təmin ediməsi baxımından N.Nazarbayev tərəfindən irəli sürülən Qazaxıstan Xalqları Assambleyasının dünyada unikal bir inistitut olmasını vurğulayıb. Bu gün Qazaxıstanda rəsmi olaraq 130 mindən çox azərbaycanlı yaşayır. Səsvermə hüququ olan azərbaycanlılar seçkilərdə fəal iştirak edir,- deyən səfir bidirib ki, Qazaxıstanda bütün xalqlar kimi azərbaycanlılar üçün də yüksək şərait yaradılıb. Bu isə onu göstərir ki, xalqlarımız tarixi, mədəni və ənənələri ilə bir-birinə sıx bağlıdır. Səfir ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi zəruriliyindən danışdı.
Bildirib ki, seçki prosesini izləmək üçün Azərbaycandan böyük tərkibdə nümayəndə heyəti də gələcək. Səfir iki ölkə arasındakı əlaqələrin hazırkı durumundan məmnunluğunu ifadə edib. Rəşad Məmmədov qeyd edib ki, hazırda Azərbaycan və Qazaxıstan strateji tərəfdaşdır və iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Görüşdə eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB