Mingəçevirdə intihara cəhd edən şəxs xilas edilib. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 1 nəfərin intihar məqsədilə özünü körpüdən Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB