Gəncədə vaksinasiya tədbirlərinə start verildi

Bu vaksin yalnız 6 ayı tamam olmuş uşaqlara vurulur
Gəncədə vaksinasiya tədbirlərinə start verildi

Ölkədə profilaktik peyvənd təqviminə poliomielit əleyhinə inaktivləşdirilmiş vaksin də daxil edildiyindən fevralın 15-dən etibarən yeni peyvəndin tətbiqinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərinin bütün uşaq poliklinikaları inaktivləşdirilmiş poliomielit əleyhinə vaksinlə təmin edilib. Gəncəyə inaktivləşdirilmiş poliomielit əleyhinə 1600 vaksin gətirilib və uşaqlara vurulur.

Bu vaksin pnevmokok peyvəndi ilə eyni gündə yalnız bir dəfə vurulur. Hollandiya istehsallı peyvənd, 5 dozalı flakonda qablaşdırılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə