Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə ötən il "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 59,2 milyon manat dəyərində 1061 ədəd müxtəlif növ traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat, 173 ədəd traktor yedəkyi, 162 ədəd otbiçən, 116 taxılyığan kombayn, 22 ədəd ot dırmıqları, 19 bağarası frez, 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib. Traktorlardan 951-i "Aqrolizinq" ASC-nin Gəncə regional nümayəndəliyi tərəfindən paylanılıb. Onlardan 921-i Gəncə Avtomobil Zavodunun istehsalı olan texnikalardır. Traktor almaq üçün əsasən Cəlilabad, Saatlı və Ağcabədi rayonlarının fermerləri müraciət edir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB