"Xocalı soyqrımının ildönümü ilə əlaqədar Azərbaycanda və xaricdə silsilə tədbirlər keçirilir. Diplomatik korpuslar, beynəlxalq təşkilat və institutlar, dünyada tanınmış siyasətçilərin elektron ünvanlarına mail göndərilərək Xocalıya ədalət çağırışı ediləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çox geniş vüsət alıb". Bu sözləri SİA-ya açıqlmasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, ölkəmizin ədalət çağırışlarına bir çox ölkələr cavab verib, öz parlamentlərində Xocalı soyqrımını tanıyıblar: "Digər ölkələrlə yanaşı, ABŞ-ın 20 ştatı Xocalı soyqrımınını rəsmi şəkildə tanıyıb. Görülmüş işlərin məntiqi nəticəsi Xocalı qətliamında əli qana batmış insanları Beynəlxalq Məhkəmə qarşısında cavab verməyə doğru aparır".
Baş İdarə rəisi bildirib ki, bu istiqamətdə aparılan işlər bir çox hallarda ikili standartlarla qarşılaşıb: "Biz daha çox iş görə bilərdik. Beynəlxalq Məhkəmə və digər beynəlxalq təşkilatlar başqa dövlətlərin qaldırdığı məsələlərə dərhal reaksiya verib, qərarların icraatını tələb etsələr də, ikili standartlar nümayiş etdirərək Azərbaycanın haqlı səsinə səs vermirlər. Azərbaycanın güclü ordusu, vətənpərvər gəncləri, güclü dövlətçilik sütunları var ki, bu da bizi qalibiyyətə aparacaq. Xocalıda baş verənləri törədənlər bilməlidir ki, hər bir Azərbaycan gənci son nəfəsinə qədər ədalətin bərqərar olunması üçün mübarizə aparacaq və ədalət gec-tez öz yerini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB