Azərbaycanlılara külli miqdarda ziyan dəyib
Rusiyanın paytaxtı Moskvada əsasən azərbaycanlıların çalışdığı ticarət mərkəzində güclü yanğın baş verib. Məlumata görə, mərkəzdə əsasən azərbaycanlılar çalışır və onlar paltar alveri ilə məşğuldur. Yanğın nəticəsində həmyerlilərimizə məxsus olan təxminən iyirmiyə yaxın konteyner yanıb. Yanğın nəticəsində bütün satılan mallar yanıb. Yerdə qalan mallar isə su altında qalaraq yararsız hala düşüb. Bazarda çalışan azərbaycanlılar külli miqdarda ziyana düşdüklərini qeyd edib.
Bu hadisədən sonra böyük ehtimalla bazarın bağlanacağı bildirilir.
Yanğının səbəbləri barədə açıqlama verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB