"Xocalıda qırmızı mələk" tamaşası “Teatro Filodrammatici” səhnəyə qoyuldu
"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın "Associazione Arci Bellezza" təşkilatının hazırladığı "Xocalıda qırmızı mələk" adlı tamaşa 24 fevral 2015-ci ildə Milan şəhərinin "Teatro Filodrammatici" teatrında səhnəyə qoyulub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından SİA-ya verilən məlumata görə, Şura Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tamaşanın rejissor və aktyor heyətini Bakıya dəvət edib.
Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşanın premyerası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB