İlham Əliyev yeni seçilmiş prezidenti təbrik etdi

İlham Əliyev yeni seçilmiş prezidenti təbrik etdi

Prezident İlham Əliyev Portuqaliya Respublikasının yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya məktub ünvanlayıb.

Məktubda deyilir:

Portuqaliya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Marselo Rebelo de Susaya

Hörmətli cənab Rebelo de Susa,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə