Qubada "XXI-ci əsrin Multikulturalizm Azərbaycan modeli" adlı konfrans keçirilib FOTOLAR

Qubada "XXI-ci əsrin Multikulturalizm Azərbaycan modeli" adlı konfrans keçirilib FOTOLAR

Qubanın Tarix Diyarşünaslıq Muzeyində "XXI-ci əsrin Multikulturalizm Azərbaycan modeli" adlı konfrans keçirilib. SİA-nın Şimal bürosundan verilən məlumata görə, Qubada Tarix və Diyarşünaslıq Muzeyində keçirilən konfransda Azərbaycan gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və rayon şagird heyəti iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji Beynəlxalq Əlaqələr Sektorunun müdiri Vüsalə Niftəliyeva bildirib ki, Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir: "O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.

Bu sahədə Azərbaycanın da Tolerantlıq və Multikulturalizm modeli digər dünya ölkələrində tanınmağa başlayıb. Quba etnik tərkib baxımından Azərbaycanın zəngin bölgələrindən biridir. Bölgələrdə bu cür tədbirlərin keçirilməsi gənclərin və rayon ictimaiyyətinin maariflənməsi üçün böyük önəm kəsb edib. Bu gün Azərbaycan dünyada Multikulturalizm və Tolerantlıqla bağlı örnək verməyə ən çox haqqı olan dövlətlərdən biri kimi tanınır".

Həmçinin tədbirdə çıxışlar zamanı gəncləri radikal dini qruplardan qorumaq məqsədi ilə bu formatlı görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə