“Peşə məktəblərinə təşviqat” FOTOLAR

Sumqayıtda layihə çərçivəsində ilk tədbir keçirilib
“Peşə məktəblərinə təşviqat” FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrant müsabiqəsinin qalibi fiziki şəxs Vəfa Cəfərova Sumqayıt şəhəri 12 N-li məktəbdə "Peşə məktəblərinə təşviqat" layihəsi çərçivəsində ilk tədbir keçirilib. SİA-ya layihə rəhbərinin verdiyi məlumata görə, məktəbin 8, 9-cu sinif şagirdləri üçün maarifləndirmə məqsədilə həyata keçirilən tədbirdə məktəbin direktoru Mətanət Abdullayeva, 1 N-li peşə məktəbinin direktoru Hafiz Rzayev, 3 N-li peşə məktəbinin direktor müavini Xuraman Zeynalova, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri i.f.d Fərhad Mikayılov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Jalə məmmədova iştirak ediblər.

Tədbirdə şagirdlərə ixtisas seçimində peşə məktəblərinin önəmi vurğulanıb, peşə məktəblərinin fəaliyyətini əks etdirən əyani vəsaitlər nümayiş olunub. Layihə rəhbəri tərəfindən hazırlanan maarifləndirici bukletlər şagirdlərə paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə