Gənclər terrorla bağlı etiraz aksiyası keçirdilər FOTOLAR

Gənclər terrorla bağlı etiraz aksiyası keçirdilər FOTOLAR

Türkiyənin Ankara şəhərində baş vermiş terror hadisəsi ilə bağlı Bakıda etiraz aksiyası keçirilib. SİA-nın məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Baş İdarənin, rayon gənclər və idman idarələrinin rəhbərləri, əməkdaşları və paytaxtın fəal gəncləri aktiv iştirak ediblər. Onlar Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına gələrək terror hadisəsində həlak olanları ehtiramla anıb, səfirliyinin binasının önünə gül dəstələri düzüblər. Gənclər terror qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Aksiya iştirakçıları çıxış edərək bütün dünyada terroru pisləyib, Türkiyə xalqına başsağlığı veriblər. Azərbaycan xalqının hər zaman Türkiyə xalqının yanında olduğunu vurğulayan gənclər, qardaş ölkəyə səbr arzulayıblar. Bildiriblər ki, Türkiyə dövləti terroçulara qarşı mübarizəsindən geri çəkilməyəcək və hadisəni törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Xatırladaq ki, dünən Ankarada baş verən terror hadisəsində 28 nəfər ölüb, 78 nəfər isə yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 10-nun vəziyyəti çox ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə