Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsi, neft-qaz layihələrində əcnəbi işçi heyətinin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilib. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26 567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması faktı aşkar edilib və müvafiq tədbir görülüb. Ötən il həmçinin ölkədə qalma müddətinə müvafiq olaraq respublikaya girişi qeydə alınan əcnəbilərdən 670 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirlər Dövlət Miqrasiya Xidmətinin Samuxda təşkil etdiyi maarifləndirmə tədbirində səsləndirilib. Tədbirdə əcnəbi və vətəndaşlığı olmayan şəxslər, dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, sahibkarlar iştirak edib. Ölkədə müvəqqəti və daimi yaşama icazələrinin verilməsi üçün əsaslar, tələb olunan sənədlər, müraciət formaları haqqında ətraflı danışıldıqdan sonra, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir yekunlaşdıqdan sonra isə Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən yerli və əcnəbi vətəndaşlara səyyar xidmət göstərilib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB