Ölkə Prezidentinin tapşırığına əsasən, fevralın 1-dən başlayan əhalinin icbari tibbi müayinəsi Göygöl rayonunda da uğurla həyata keçirilir. Müayinələr rayon mərkəzi ilə yanaşı, kəndlərdə də aparılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 60 min əhalisi olan Göygöl rayonunda vətəndaşların tibbi müayinəsi Göygöl Mərkəzi Rayon Xəstəxanasında, eləcə də 2 kənd sahə xəstəxanası, 5 kənd həkim məntəqəsi və 1 kənd tibb məntəqəsində təşkil olunub. Müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün tibb müəssisələrində lazımi şərait yaradılıb. Vətəndaşlar müxtəlif xəstəliklərə qarşı həkim-mütəxəssislər tərəfindən hərtərəfli müayinədən keçirilirlər. Ötən il aparılan tibbi müayinələrdə 1500 uşaq müxtəlif xəstəliklərlə dispanser qeydiyyatına götürülüb. Yuxarı yaş qrupu üzrə isə 3000 nəfərdə xəstəlik aşkar edilərək müalicəyə cəlb olunub.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB