Bilik Fondu Qafqaz Universitetində mühazirə təşkil edib FOTO

Bilik Fondu Qafqaz Universitetində mühazirə təşkil edib FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu"Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsindətarix üzrə fəlsəfə doktoru, AMEA, Arxeologiya və etnoqrafiya İnstitutunun "Çöl tədqiqatları" sektorunun müdiri Təvəkkül Əliyevinmühazirəsini təşkil edib. Bilik Fondundan SİA-ya verilən məlumata görə, Qafqaz Universitetində "Qafqaz Albaniyasında antik yaşayış məskənləri: biz nə bilirik" mövzusunda keçirilən mühazirə Azərbaycan albanşünaslarının uğurlarını, Qafqaz Albaniyasının öyrənilməmiş səhifələrini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyıb. Tədbirdə iştirak edən tələbələr və universitetin professor-müəllim heyəti mühazirəni maraqla qarşılayıblar.

Mühazirəçi Qafqaz Albaniyasının antik yaşayış məskənləri haqda maraqlı faktlar göstərərək qeyd edib ki, antik müəlliflər - Strabon, Böyük Plini, Ptolomey, Dion Kassi və başqaları əsərlərində Qafqaz Albaniyasının qədim yaşayış məskənləri haqda məlumat veriblər. Strabon iki, Ptolemey 29 alban şəhərinin adını çəkib, Böyük Plini isə Albaniyanın baş şəhərinin Qəbələ (Kabalaka) olduğunu göstərərək, qeyd edib ki, bu şəhərlər inzibati, mədəni, ideoloji və iqtisadi mərkəzlər kimi ölkənin və xalqın sosial-iqtisadi həyatında mühüm rol oynayıblar.

Mövzu ətrafında geniş müzakirələr aparılıb. Suallara ətraflı cavab verən T.Əliyev sondaBilik Fondunun "Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsində aparılan tədbirlərin əhəmiyyətliyini vurğulayaraq, bu tarixin araşdırılmasında həllini gözləyən məsələlərin hələ də çox olduğunu bildirib. Mühazirəçi tədqiq olunmamış yüzlərlə abidənin qaldığını, bu sirlərin açılmasının Azərbaycan albanşünaslarının əsas vəzifələrindən olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə