Baş nazir Əhməd Davudoğlu Brüsselə səfərini təxirə salıb
Ankarada baş verən terror aktı ilə əlaqədar Brüsselə planlaşdırılan səfərini təxirə salan baş nazir Əhməd Davudoğlu təcili Prezident iqamətgahına gəlib.
Orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan digər hökümət üzvləri və güc strukturlarının iştirakı ilə toplantı keçirilir. Toplantıda əsas mövzu Ankaradakı terror hücumu ilə bağlıdır. Hökümət əlavə təhlükəsizlik tədbirləri görməyə hazırlaşır.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. Partlayış hərbi şəhərcik yaxınlığında baş verib. İlkin məlumatlara görə şiddətli partlayış nəticəsində 29 nəfər ölüb, 61 nəfər isə yaralanıb. Terror aktı 3 maşının partladılması nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB