“Sağlam gənclik, sağlam gələcək” FOTO

“Sağlam gənclik, sağlam gələcək” FOTO

Təhsil Nazirliyinin 11 nömrəli inteqrasiya təlimli internat məktəbində "Sağlam gənclik, sağlam gələcək" mövzusunda tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, internat məktəbi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi tərəfindən təşkil olunan tədbir narkomaniyaya və pis vərdişlərə qarşı mübarizə məsələlərinə həsr edilib.

Tədbirdə internat məktəbinin direktoru Gülnarə Abdullayeva mövzunun aktuallığını qeyd edib, gənclərin hərtərəfli inkişafında sağlam həyat tərzinin rolundan danışıb.

Digər çıxış edənlər də ölkəmizdə gənclərə, onların təhsilinə xüsusi diqqət göstərildiyini bildiriblər.

Narkomaniyaya və pis vərdişlərə qarşı qətiyyətlə mübarizə aparılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə