Xarici işlər nazirləri Tbilisidə görüşəcək

Xarici işlər nazirləri Tbilisidə görüşəcək

Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri fevralın 19-da Tbilisidə görüşəcəklər. Görüşdə üç ölkə arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin həyata keçirilməsi, regionda və dünyada baş verən proseslər və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Nazirlər, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanacaq, tikinti işləri gedən ərazilərə baxış keçirəcəklər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Gürcüstanda olub və gürcü həmkarı Mixail Canalidze ilə görüşüb. Görüşdə Gürcüstan-Türkiyə ikitərəfli və Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığının perspektivləri, regional layihələr və digər məsələlər müzakirə edilib.

M.Çavuşoğlu Tbilisidən Azərbaycana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə