“Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkı ilə tanışlıq

“Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkı ilə tanışlıq

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı" parkında yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan "Gəncliyin qanadları" abidəsi ucaldılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə