Ölkəyə yeni cins düyələr gətiriləcək

Ölkəyə yeni cins düyələr gətiriləcək

Ötən il xaricdən "Aqrolizinq" ASC-nin Gəncə regional nümayəndəliyinə 761 baş cins mal-qara gətirilib. Almaniyadan gətirilən 490 baş Holştenfriz və Avstryadan gətirilən 271 baş Smental cinsi düyələr "Aqrolizinq" ASC-nin təchizat bazasında xəstəliklə bağlı yoxlanıldıqdan sonra 30 gün karantində saxlanılıb, daha sonra lizinq yolu ilə fermerlərə paylanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu il də mart ayının sonuna kimi ölkəmizə yeni cins düyələr gətiriləcək.

Yerli inəklər gün ərzində 4-5 litr süd verirsə, xaricdən gətirilən cins düyələr 20-30 litr süd verir. Bu da məhsuldarlıq baxımından fermerlər üçün sərfəlidir. Bundan başqa, yerli cinslərdə 1 illik dana 100-150 kq ət verirsə, cins heyvanlar 250-280 kq ət verir. Bu günə kimi Respublikamıza xaricdən 18 min 252 baş cins mal-qara gətirilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə