Kəndlərdə məktəb binaları əsaslı təmir olunur FOTO

Kəndlərdə məktəb binaları əsaslı təmir olunur FOTO

Şəmkir rayonunda yeni məktəb binalarının tikintisi və mövcud təhsil ocaqlarının əsaslı təmiri davam etdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Düyərli kəndində 1170 şagird yerlik məktəb binası müasir tələblərə uyğunlaşdırılır. Təhsil ocağında təmir işlərinin bu ilin sentyabr ayınadək başa çatdırılması planlaşdırılır. Şəmkir rayonunda daha bir məktəb binası Çənlibel kəndində yenilənir. Yerli büdcə hesabına təmir edilən məktəb növbəti dərs ilinin əvvəlində istifadəyə veriləcək. Son 4 ildə rayonda fəaliyyət göstərən 79 məktəbdən 8-i üçün yeni bina tikilib, 6 təhsil ocağı isə əsaslı təmir olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə