“Gənclərin Debat klubunun yaradılması” FOTOLAR

“Gənclərin Debat klubunun yaradılması” FOTOLAR

Bakı şəhəri Nizami rayon 32 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Babayev Alim tərəfindən icra olunan "Gənclərin Debat klubunun yaradılması" adlı layihəsinin növbəti təlimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən layihə rəhbəri ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb: "Ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Cənab prezident İlham Əliyev hər zaman gəncliyimizin qayğısına qalmış və ölkə siyasətinin idarə edilməsində gənclərin rolunun artırılmasını təmin edib."

Daha sonra layihə rəhbəri Alim Babayev layihə haqqında gənclərə ümumi məlumat verib və gəncləri hər zaman aktiv olmağa səsləyərək sözü layihənin moderatoru Səxavətli Səxavətə verib. Səxavətli Səxavət debatın yaradılması və onun inkişafı tarixindən bəhs etmiş və debatın gənc siyasətçilərin həyatında mühüm rol oynadığını bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə