Prezident İlham Əliyev Gəncəyə səfərə gedib

Şəhərdə aparılan yenidənqurma işləri barədə Prezidentə məlumat verilib
Prezident İlham Əliyev Gəncəyə səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə gəlib. SİA-nın verdiyi xəbərə görə, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə