Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov fevral ayının 25-də Yevlax rayonun- da Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı vətəndaşları narahat edən məsələlər dinləniləcək və həlli istiqamətində müvafiq göstərişlər veriləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB