Qobustan görüşünün vaxtı dəyişdi Vətəndaşların nəzərinə!

Qobustan görüşünün vaxtı dəyişdi Vətəndaşların nəzərinə!

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 19 fevral 2016-cı il tarixində Qobustan rayonunda keçirəcəyi vətəndaş qəbulu 27 fevral 2016-cı il tarixinə keçirilib. Qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqd.

Komitədən SİA-ya verilən məlumata görə, qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi:

020-24 (5-29-93), 020-26 (5-01-08)

Bütün xəbərlər Facebook səhifəmizdə