Ermənistan əhalisinin sayı 3 milyondan da azdır

Ölkə "yaşlaşanlar ərazisinə" çevrilib
Ermənistan əhalisinin sayı 3 milyondan da azdır

Son 36 ildə Ermənistan əhalisinin sayı 3 milyondan da az olub. Ermənistan KİV-i xəbər verir ki, bu haqda ölkənin rəsmi statistika xidməti məlumat yayıb. Məlumata görə, 2016-cı ili yanvarın 1-dək Ermənistan əhalisinin sayı 2 milyon 998 min 600 nəfər olub.

Statistika xidməti bildirib ki, ölkə "yaşlaşanlar ərazisinə" çevrilib. Əyalətlərdə əhalinin sayında artım demək olar müşahidə edilməyib.

Qeyd edək ki, 1977-ci ildə ölkə əhalisinin sayı 2 milyon 900 min, bir il sonra isə 3 milyondan çox olub. 1992-ci ildə isə Ermənistan əhalisinin sayı 3,6 milyon nəfər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə