Səfirlər IV Qlobal Bakı Forumunun təqdimat mərasiminə qatılıb FOTO

Səfirlər IV Qlobal Bakı Forumunun təqdimat mərasiminə qatılıb FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ofisində IV Qlobal Bakı Forumunun təqdimatı olub. SİA-ya verilən məlumata görə, təqdimat mərasimində Aİ, Almaniya, Avstriya, Argentina, İtaliya, İsrail, Niderland, Norveç, İsveçrə, İspaniya və Bolqarıstanın fövqəladə və səlahiyyətli səfirləri və işlər vəkilləri iştirak edib.

Həmçinin, Polşa, Portuqaliya, Əfqanıstan, Belçika, Bolqarıstan, Xorvatiya, Misir, Gürcüstan, İordaniya, Qırğızıstan, Latviya, Moldova, Meksika, Pakistan, Rumınya, Rusiya,Səudiyyə Ərəbistanın səfirləri və işlər vəkilləri də təqdimata qatılıb.

Təqdimat zamanı səlahiyyətli səfirlərlə mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunda ölkə rəhbərlərinin iştirakı, Forumun əhəmiyyəti və gündəliyinə dair məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, IV Qlobal Bakı Forumunda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə