"ALBUKART" debet kart məhsulu təqdim edilib

"ALBUKART" debet kart məhsulu təqdim edilib

Bu gün "Bakcell" və "Unibank" birgə əməkdaşlıq çərçivəsində öz müştəriləri üçün unikal məhsulu - "ALBUKART" debet kart məhsulunu təqdim ediblər. SİA-nın məlumatına görə, təqdimat mərasimində bildirilib ki, "Albukart" sahibləri "Bakcell" və "Unibank"ın endirimlərindən faydalana biləcəklər.

"Bakcell" şirkətinin İcraçı Direktoru Riçard Şirer bildirib ki, bu kart müştərilərə bank və rabitə xidmətlərini bir araya gətirir: "Müştərilər endirimlərdən faydalanmaqla bərabər, ödənişlərini edə biləcəklər."Albukart" "MasterCard"ın və "Unibank"ın üstünlüklərini özündə birləşdirir".

"Unibank"ın İcraçı direktoru Xalid Əhədov deyib ki, bu kart vasitəsilə bank xidmətlərindən istifadə etmiyən mobil telefon abunəçilərini Banka cəlb etmək hədəflənir. Kartı Unibankın filiallarından əldə etmək olar. Adsız (anonim, hesab açmadan) "Albukart"dan illik istifadə haqqı 10 manatdır. Bir əməliyyatın maksimal məbləği 50 manat, maksimum illik dövriyyə 1000 manat ilə məhdudlaşdırılır. Kartda limit yoxdur və "Unibank"ın şərtləri tətbiq edilir".

Qeyd edək ki, ilkin mərhələdə 30 min kartın buraxılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə