Şabran rayonunun Mumlu kəndinə ilk dəfə təbii qaz verilib

Şabran rayonunun Mumlu kəndinə ilk dəfə təbii qaz verilib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, fevralın 16-da Şabran rayonunun Mumlu kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə SİA-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 45 abonenti olan Mumlu kəndinin ilk dəfə qazlaşdırılması zamanı birpilləli sistem əsasında 4280 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açılış tədbirində çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə