50 min 831 abonent sayğacla təmin olunub

50 min 831 abonent sayğacla təmin olunub

Şəmkir rayonunda əhalini fasiləsiz olaraq enerji ilə təmin etmək məqsədilə rayonun elektrik təsərrüfatının yenilənməsinə başlanılıb. İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şəmkirdə 31 yeni transformator məntəqəsi yaradılıb. Qəzalı vəziyyətdə olan 255 dayaq metal dayaqlarla əvəzlənib. İstismar müddətini başa vuran 69 kilometr uzunluğunda elektrik naqilləri dəyişdirilib. Rayonunun bütün yaşayış massivlərində 50 min 831 abonent sayğacla təmin olunub. Enerji oğurluğunun qarşısını almaq üçün tədbirlər aparılıb, bu məqsədlə 1800 sayğac möhürlənib. Hazırda rayonun ən böyük qəsəbəsi sayılan Dəllər yaşayış massivinin elektrik təsərrüfatı yenilənir. Ötən əsrin 60-70-ci illərində çəkilən şəbəkə yenidən qurulur. Dəllər qəsəbəsində küçələrə 600-dən çox dayaq basdırılıb, 900 metrdən çox sip kabel çəkilib.

Qeyd edək ki, əraziyə 4 transvormator məntəqəsi də qoyulub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə