Hüseyn Bağırov qəbul keçirəcək

Hüseyn Bağırov qəbul keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 25 fevral 2016-cı il tarixində saat 10:00-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri H.Əliyev prospekti 34) Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin Şirvan Milli Parkına müraciət etmələri (ünvan: Salyan rayonu Yenikənd kəndi, əlaqə telefonları: 050-332-42-01, 055-455-36-03) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə