Sumqayıtda əhalinin müayinəsinə start verildi

Sumqayıtda əhalinin müayinəsinə start verildi

Bu gün Sumqayıtda əhalinin ümumi tibbi-profilaktik müayinəsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən keçirilən tibbi-profilaktik müayinələrin uğurla aparılması məqsədilə xüsusi tədbirlər planı hazırlanıb. Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən SİA-ya verilən məlumata görə, müayinələr mayın 5-dək davam edəcək. Bu barədə yerli mətbuatda da məlumat verilib. Bununla yanaşı, ərazi tibb müəssisələrinin işçiləri şəhərin yaşayış məntəqələrində evbəev gəzərək, müayinələr barədə məlumatlar yayıblar.

Profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent tibbi qeydiyyatdan və həkim mütəxəssislərin ilkin müayinəsindən keçirilir, tibbi göstəriş olduqda köməkçi-instrumental tibbi müayinələr (rentgen-flüoroqrafik, ultrasəs müayinə, laborator analizlər, EKQ və digər müayinələr) aparılır. Zərurət yaranarsa, şəhərin baş mütəxəssisləri ilə konsultasiya olunurlar. Xəstələr qeydiyyata götürülür, ehtiyacı olan xəstələrə ambulator müalicə təyin edilir və yaxud stasionar müəssisələrə müalicəyə göndərilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə