"Bank (VTB) Azərbaycan" iki depozit məhsulu üzrə şərtləri yeniləndirib ki, bu da əhalidən əmanətləri manat və dollarla yanaşı, rublda da qəbul etməyə imkan verəcək. Bankdan SİA-ya verilən məlumata görə, "Sərfəli" və "Universal" əmanətlərinin valyutası ilə yanaşı faiz dərəcələrində və digər şərtlərində də dəyişikliklər edilib. Hər iki əmanət Azərbaycan və xarici vətəndaşlar olan fiziki şəxslər üçün nəzərdə tutulub.
""Bank VTB (Azərbaycan)" müştərilərinə çevik və sərfəli şərtlərlə əmanətlər təklif edir. Beynəlxalq maliyyə qrupunun bir üzvü kimi üstünlüklərimizdən istifadə etmək üçün müştərilərimizə şərait yaradırıq. Bank daim bu istiqamətdə fəaliyyət göstərir və müştərilərinə, o cümlədən fəaliyyət göstərdiyimiz ölkələrə, ilk növbədə də Rusiyaya daim səfər edən və ya orada yaşayanları nəzərdə tutan məhsullar təqdim edirik", – deyə "Bank VTB (Azərbaycan)"ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB