Ünvanlı sosial yardım alanların sayı azalıb FOTO

Ünvanlı sosial yardım alanların sayı azalıb FOTO

Daşkəsən rayonunda ünvanlı sosial yardım alanların sayı azalıb. Yaranan vəziyyət rayonda yoxsulluq səviyyəsinin minimum səviyyəyə enməsi ilə izah edilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 2014-ci ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 940 ailə müraciət edib. 860 ailənin müraciəti müsbət qiymətləndirilərək yardım təyin olunub. 2015-ci ildə isə sözügedən mərkəzə ünvanlı sosial yardımla bağlı müraciət edənlərin sayı xeyli azalıb. Mərkəzdən verilən məlumata görə, ötən il 486 ailəyə ünvanlı sosial yardım təyin olunub. Müavinət alanların ümumi sayının azalması adambaşına düşən yardım payının məbləğinin artırılmasına şərait yaradıb. Ötən il ailələr üzrə təyin olunan yardımın orta aylıq məbləği təxminən 150 manat olub.

Qeyd edək ki, ötən ilin mart ayından etibarən ünvanlı sosial yardım iki il müddətinə təyin olunur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə