"Neftçilər" stansiyasının keçidlərində təmir işləri gedir" Nəsimi Paşayev

"Neftçilər" stansiyasının keçidlərində təmir işləri gedir" Nəsimi Paşayev

Bakı Metropoliteni stansiyalarının zahiri görkəmində aşkar qüsurlar, tökülmək təhlükəsi yaranmış plaftorma, yol və keçidlərində müvafiq təmir işləri davam etdirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin SİA-ya verdiyi məlumata görə, "Neftçilər" stansiyasının keçidlərində təmir işlərinə başlanılıb.

Onun sözlərinə görə, hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtüklər sökülür: "Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub. Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlər tərəfindən keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb".

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, "Nizami" stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. İkinci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə