Millət vəkili: "İctimai şuralar tam sərbəst fəaliyyət göstərməlidir"
"İctimai nəzarət haqqında" qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanaraq, Azərbaycan reallığına, dövlət başçısının idarəçilik sisteminin fəlsəfəsinə uyğun olaraq hazırlanıb. Bu qanun vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında normal münasibətlərin inkişafına ciddi töhvə verəcək". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "İctimai nəzarət haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, yeni qanun layihəsi Azərbaycanda gedən proseslərin məntiqinə söykənir: "Heç kəsə sirr deyil ki, əgər dövlət orqanlarında, mərkəzi və yerli icra strukturlarında hər şey qaydasında olsaydı, qanunvericiliyə kifayət qədər əməl edilsəydi, vətəndaşlarla icra orqanları arasında problemsiz, neqativ hallara yol verilməyən münasibətlər qurulsaydı, ictimai nəzarət şurasının yaradılmasına bəlkə də ehtiyac olmazdı. Bu problemləri aradan qaldırmaq üçün vətəndaş cəmiyyətinin proseslərə geniş şəkildə cəlb olunması Azərbaycanın müəyyən etmiş olduğu yolun vacib prinsiplərindən biridir. Ölkənin idarəçilik sisteminə vətəndaş cəmiyyəti, KİV-lər nə qədər geniş cəlb olunsa, cəmiyyətdə neqativ halların səviyyəsi aşağı düşər və vətəndaşlarla dövlət qurumları, məmurlar arasında münasibətlər yüksək səviyyədə olar".
Millət vəkili bildirib ki, İctimai şuralar yerli və mərkəzi icra strukturlarından heç bir halda asılı olmamalıdır: "Əgər İctimai şuraların yaradılması yerli və mərkəzi icra strukturlarının ixtiyarına verilsə, sizi tamamilə əmin edirəm ki, bu, 5-ci, ehtiyat təkər rolunu oynayacaq. İctimai şuralar tam sərbəst fəaliyyət göstərməlidir. Onun işi dövlət dəstəyi şurası tərərfindən əlaqələndirilməlidir. İctimai şuranın seçilməsinə kənardan müdaxilə ediləməməli və gizli səsvermə yolu ilə keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB