Bakı Metropolitenində qatarların hərəkətində gecikmə olub. SİA-nın xəbərinə görə, Dərnəgül - Həzi Aslanov istiqamətində hərəkət edən qatarların biri 8 dəqiqə gecikib. Gecikmədən sonra sərnişinlər 20 Yanvar stansiyasında boşaldılıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qatarların hərəkətində problem yaşandığını təsdiqləyib. O bildirib ki, həqiqətən də Dərnəgül - Həzi Aslanov istiqamətində 29 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb və sərnişinlər 20 Yanvar stansiyasında boşaldılıb: "Qatar depoya göndərilib. Nasaz qatar xətdən çıxarıldığına görə, intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB