"Biz əvvəldən İŞİD-lə mübarizənin effektiv olması üçün hava əməliyyatlarının qeyri-kafi olacağını və quru əməliyyatlarının Səudiyyə Ərəbistanı ilə birlikdə koalisiya tərkibində mümkünlüyünü söyləyirik". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ata yurdu Antaliyada Suriya məsələsinə münasibət bildirərkən deyib.
XİN başçısı bildirib ki, İŞİD Suriya torpaqlarının 45 faizini, İraqın isə 30 faizini işğal edib: "Bir ildir ki, koalisiya qüvvələri İŞİD-ə hava hücumları edir. Yenə bizim söylədiyimiz nöqtəyə gəlirlər. Bu Türkiyənin, Səudiyyə Ərəbistanının məsələsi deyil, bütün koalisiya ölkələriylə birlikdə lazımdır, bu olmalıdır deyirik. Amma bu günə qədər bu istiqamətdə heç bir qərar, bir tam strategiya yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB