Hər həftənin şənbə və bazar günləri olduğu kimi, fevralın 13-də Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkası təşkil edilib. SİA-nın məlumatına görə, respublikanın ayrı-ayrı rayonlarından gələn fermerlər yarmarkada satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıblar.
Əhalinin gündəlik ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi ilə keçirilən yarmarkada satışa çıxarılan məhsullar bazar qiymətlərindən 35-40 faiz aşağı təklif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB