Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatı dəstəyi ilə keçirilən VII qrant müsabiqəsinin qalibi olmuş "Çarpaz Fikirlər" adlı təlimin növbəti təlimi keçirilib. SİA-nın məlumatına görə, giriş sözünü Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin koordinatoru Şəfəq Əhmədova layihə iştirakçılarını salamlayıb və layihə haqqında fikirlərini bildirdikdən sonra onlara uğurlar arzulayıb.
Qonaq qismində təlimçi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin İdarə heyətinin üzvü Güllü Eldarzadə insanların özünütərbiyə və təlimçilərin auditoriya qarşısında özünü aparma qaydaları, eləcə də psixoloji məqamlardan, layihə rəhbərlərinin üzləşdiyi problemlərdən və onların həlli yollarından danışıb.
Daha sonra təlim sual-cavablarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB